Sahibkarların müraciətləri dinlənilib

2024.08.19 15:03 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qəbulda sahibkarların biznesin inkişafına dair müxtəlif məsələlərə dair müraciətlərini dinləyib, onlarla bağlı ətraflı izahat verib, suallarını cavablandırıb. Sahibkarların müraciətləri əsasən infrastrukturun yenilənməsi, kommunal xidmətlərə qoşulma, yeni biznes təşəbbüslərinin həyata keçirilməsi üçün dəstəyin göstərilməsi, idxal əməliyyatları, cari biznes fəaliyyətləri ilə əlaqədar digər məsələlərlə bağlı olub. Sahibkarların araşdırma tələb edən müraciətləri isə baxılması üçün qeydiyyata alınıb.

Biznes subyektləri KOBİA-nın fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı Agentliyin 131 Çağrı Mərkəzinə müraciət edərək ətraflı məlumat ala, www.smb.gov.az internet səhifəsindəki “Müraciətlər” bölməsində qeydiyyatdan keçməklə müraciət edə və “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.