"Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir".
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə bildirib.
Rusiyanın dövlət başçısı vurğulayıb: “Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir və Sizin bu ilin aprelində Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib. İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir”.
AZƏRTAC