Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak ediblər

2018.12.27 16:15 (UTC+04:00)

Dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım mənzillərdə yaradılan şəraitlə tanış olublar.