"Bakı Beton Konstruksiyaları" MMC hərraca çıxarılır

2024.08.16 14:02 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3 sentyabr tarixində keçiriləcək hərraca 17 nəqliyyat vasitəsi və texnika çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-ci illəri əhatə edir.

10 sentyabr tarixində keçiriləcək hərraca 43 nəqliyyat vasitəsi, texnika, avadanlıqlar və 24,5 ton metal çiv çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-ci illəri əhatə edir.

17 sentyabr tarixində keçiriləcək hərraca kiçik dövlət müəssisəsi, 4 texnika və 9 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilir. İlkin satış qiyməti 7.380.000 manat olan müəssisənin ümumi faydalı sahəsi 9 267 kvadratmetr, torpaq sahəsi isə 64 483 kvadratmetrdir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.