Bu il sənaye zonalarında 1000-dən çox iş yeri yaradılacaq

2024.08.16 11:20 (UTC+04:00)

2024-cü ilin 7 ayında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 20 sahibkarlıq subyektinə rezident statusu verilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Kamran Rəhimli deyib.

Onun sözlərinə görə, qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 118 milyon manatdan çox investisiyanın yatırılması, 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur: “Sumqayıt Kimya Sənaye Parkına sahibkarlar tərəfindən maraq böyükdür. Parkın ərazisi dövlət başçısının müvafiq fərman və sərəncamları ilə mərhələlərlə artırılıb. İyulun 30-da dövlət başçısının müvafiq sərəncamı ilə Parkın ərazisi 30 hektara yaxın artırılaraq 613 hektara çatdırılıb”.

İlhamə İSABALAYEVA