İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında bu il bir neçə müəssisə fəaliyyətə başlayacaq

2024.08.15 16:35 (UTC+04:00)

Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb ki, bu da iş adamlarının sözügedən sənaye zonalarına marağının artmasına səbəb olur.

Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 330 milyon manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən sənaye parklarında 2900-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Artıq bugünədək rezidentlər tərəfindən sənaye parklarına 89 milyon manatdan çox investisiya yatırılıb, 330-dan artıq daimi iş yeri yaradılıb.