Naxçıvanda mənşə sertifikatı verilməsi 26 % artıb

2024.08.15 17:06 (UTC+04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 208 sertifikat verib.

Nazirliyin məlumatına görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 % çoxdur.

Cari ilin 7 ayı ərzində verilmiş mənşə sertifikatlarının 146-i "CT-1" formalı, 62-si "Ümumi" formalı olub.