Azərbaycanda 1,2 tondan çox qızıl istehsal edilib

2024.08.14 15:00 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qızıl istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədə 1248,2 kq qızıl istehsal edilib.

Bu il avqustun 1-ə olan məlumata görə, ölkədə 319,4 kq hazır qızıl ehtiyatı var.