Daxili bazarda qızıl və gümüşə tələbat kəskin çoxalıb

2024.08.14 14:29 (UTC+04:00)

Vergi və gömrük qanunvericiliyinə edilən dəyişikliklər fonunda daxili bazarda qızıl və gümüş məhsullarına tələbat kəskin artıb.

Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Real TV“yə müsahibəsində deyib.

Onun sözlərinə görə, müxtəlif yerli şirkətlər “AzerGold”dan xam qızıl alıb onları istehsal edərək xaricə təklif edirlər. Bu da xarici alıcılar tərəfindən çox maraqla qarşılanır.

Z.İbrahimov qeyd edib ki, “AzərGold” məhsulları pərakəndə bazarda eyni təbəqəli məhsullar sırasında yüksək yer tuta bilib: “İxracla bərabər, daxili bazar satışlarında müşahidə edilən artım bizi sevindirir. İllər əvvəl qızıldan sikkə və külçələri daxili bazara təqdim edərkən əsas məqsədimiz “Made in Azerbaijan” brendini yaratmaq idi. İndiyədək 11 qızıl kolleksiyası təqdim etmişik”.