Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21,6 min metr qazma işləri həyata keçirilib.
Şirkətin məlumatına görə, qazma işləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 % artıb.
Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2023-cü illə müqayisədə təxminən 5,2% artaraq, ikinci rüb üzrə 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton xam neft hasil olunub.