Özəlləşdirmə prosesində operativliyi və şəffaflığı təmin etmək üçün həyata keçirilən tədbirlərdən biri də hərraclardır. Hərraclara çıxarılan dövlət əmlakları müxtəlif çeşidli olmaqla sahibkarların seçim imkanını artırır.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına görə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyul aylarında hərraclar yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 70 olub.
Cari ilin 7 ayı ərzində keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artıb.