Azərbaycan təbii qaz ixracını 9,2 % artırıb

2024.08.13 17:48 (UTC+04:00)

Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4,2 milyon ton təşkil edib.

SOCAR-ın məlumatına görə, buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Ölkə üzrə təbii qaz ixracı isə 9,2 % artaraq 6,2 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 2,3 milyard kubmetr təşkil edib.