İstehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 2,7 faiz dəyişib

2024.08.13 16:33 (UTC+04:00)

2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 102,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,3 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz təşkil edib.

2024-cü ilin iyul ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,7 faiz təşkil edib.