“Fitch” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib. Reytinq üzrə proqnoz "Sabit"dir.
“Fitch” “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini də “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib.
Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.