Estoniya: "gövşəmə vergisi"

2020.01.22 13:27 (UTC+04:00)

Bunu indiyə qədər dünyada tətbiq olunan ən cəfəng vergilərdən biri hesab etmək mümkündür. 2008-ci ildə Estoniya hökuməti inək saxlayanlar üçün xüsusi vergi tətbiq etmək qərarına gəlib. Qanun layihəsini hazırlayanların rəyinə görə, inəklər gövşədikləri zaman mədələrindən çoxlu qaz ixrac edir və bununla havanı korlayırlar. O da maraqlıdır ki, bu qəribə vergi digər heyvandarlıq növləri ilə məşğul olan insanlara aid edilmir, hədəfdə yalnız inəklərdir.