Rusiyanın Krasnoyarsk diyarının iş adamları maşınqayırma və metallurgiya, turizm, qida sənayesi, aqrar-sənaye kompleksi kimi sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərirlər.
Rusiya KİV-nin məlumatına görə, “İşgüzar Rusiya”nın Krasnoyarsk regional bölməsinin sədri Anton Jerebtsov bildirib ki, regionun iş adamlarından ibarət nümayəndə heyəti Bakıya işgüzar səfər edib. Səfərin məqsədi ölkələrdəki tərəfdaşlarla qarşılıqlı əlaqələri daha da genişləndirməkdir. Nümayəndə heyəti Azərbaycanın avtomobil və qida sənayesinin flaqmanları olan şirkətlərin imkanları ilə tanış olublar.
Tərəfdaşlar idxalı əvəz edən texnologiyaların cəlbi üzrə fəal əməkdaşlıq edirlər. Bundan əlavə, tərəflər ölkələrin və onların regionlarının turizm potensialının perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, səfər çərçivəsində Krasnoyarsk diyarında fəaliyyət göstərən şirkətlərin rəhbərləri Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Ticarət və Sənaye Palatasının, Azərbaycanın Rus İcmasının nümayəndələri, eləcə də ticarət nümayəndələri ilə görüşüblər.