Naxçıvanda indiyədək 3.678 ədəd yeni nəsil NKA quraşdırılıb

2024.08.09 15:51 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il avqustun 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.678 ədəd olub. Yanvar–iyul ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 226,2 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 124,9 milyon manat və ya 2,2 dəfə çoxdur.

İndiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,7 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari ilin yanvar-iyul aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə artaraq 800,9 min manat olub.