"Fitch" SOCAR-ın reytinqini yüksəldib

2024.08.09 11:47 (UTC+04:00)

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqini (IDR) və yüksək təminatsız reytinqini "BB+" səviyyəsindən "BBB-" səviyyəsinə yüksəldib. Uzunmüddətli IDR üzrə proqnoz "stabil"dir.

Reytinqin yüksəldilməsi Azərbaycanın suveren reytinqinin sabit proqnozla "BBB-" səviyyəsinə yüksəlməsindən sonra baş verib.

Agentlik neft və qaz istehsalçısı, neft məhsullarının satıcısı və "Cənub Qaz Dəhlizi" də daxil olmaqla mühüm enerji layihələrinin iştirakçısı kimi SOCAR-ın Azərbaycan iqtisadiyyatında mühüm rolunu vurğulayır.

"Fitch"in proqnozlarına görə, SOCAR öz güclü maliyyə profilini bundan sonra da qoruyacaq.