Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb

2024.08.09 10:48 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 7 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində ümumilikdə 72 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 38-i qeyri-yaşayış sahələri üzrə, 34-ü isə torpaq sahələrinə dair olub.

Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 7 ayı ərzində dövlət büdcəsinə 207,8 min manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz artıb.