Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 143 dövlət əmlakı özəlləşdirilib.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 1,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 dəfə çoxdur.