Dünya İqlim Fondunun icraçı direktoru ilə görüş keçirilib

2024.08.08 11:19 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson ilə görüşüb.

Görüşdə vurğulanıb ki, bu iliin noyabrında Azərbaycanda keçiriləcək COP29 ölkəmizin dünyada iqlim problemlərinin həllinə, “yaşıl artım” amilinə böyük önəm verdiyini göstərir. Qeyd olunub ki, bu istiqamətdə müvafiq beynəlxalq qurumlarla, o cümlədən, Dünya İqlim Fondu ilə səmərəli əməkdaşlıq əhəmiyyət kəsb edir. Ölkəmizdə energetika sahəsinin qlobal iqlim dəyişiklikləri ilə mübarizə hədəflərinə uyğun şəkildə inkişafı barədə məlumat verilib, “yaşıl” iqtisadiyyatın inkişafına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə tədbirlərin reallaşdırılmasına xüsusi diqqət göstərildiyi bildirilib.

Tərəflər COP29 tədbirləri və Dünya İqlim Fondu ilə tərəfdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.