Aktiv ƏDV ödəyicilərinin sayı 9,2 faiz artıb

2024.08.08 10:16 (UTC+04:00)

2024-cü ilin avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,5 faiz artıb və 780,5 min olub. Aktiv ƏDV ödəyicilərinin sayı 9,2 faiz artaraq 49,9 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 2,2 faiz artaraq 209,1 min təşkil edib.