SİF: Bu ilin ilk 7 ayında 119 milyon manat güzəştli kredit verilib

2024.08.07 16:52 (UTC+04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 3252 layihənin maliyyələşdirilməsinə 119 milyon manat güzəştli kredit verilib.

Fondun məlumatına görə, verilən kreditlər hesabına 1764 yeni iş yerinin yaradılması nəzərdə tutulur.