Naxçıvanda vergi daxilolmaları 28,7 faiz artıb

2024.08.07 15:51 (UTC+04:00)

2024-cü ilin yanvar-iyul aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 116,8 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon manat və ya 28,7 faiz çoxdur.

Cari ilin 7 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 122 faiz icra edilib.