Metanol istehsalı 17 faizədək artıb

2024.08.05 14:08 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında ölkədə 250,3 min ton metanol istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 16,6 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, iyul ayının 1-nə hazır məhsul ehtiyatı 19,1 min ton təşkil edib.