“Bakı KOB evi”ndə sahibkarlara 157,9 mindən çox xidmət göstərilib

2024.08.05 12:07 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında “Bakı KOB evi”ndə sahibkarlara 157,9 mindən çox xidmət göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, xidmətlərin 140,5 mindən çoxu dövlət, 17,4 minə yaxını isə özəl qurumlar tərəfindən təmin olunub.

Müvafiq xidmətlər sahibkarlara:

- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – 121 122 (76.69%),

- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti – 13 196 (8.36%),

- Dövlət Vergi Xidməti – 2 793 (1,77 faiz),

- Dövlət Gömrük Komitəsi – 1 113 (0,7 faiz),

- Fövqəladə Hallar Nazirliyi – 586 (0,37 faiz),

- Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – 473 (0,3 faiz),

- İqtisadiyyat Nazirliyi – 434 (0,27 faiz),

- Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi – 288 (0,18 faiz),

- Qida Təhlükəsizliyi Agentliyi – 141 (0,09 faiz),

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 70 (0,04 faiz) tərəfindən göstərilib.

Bu, 10 dövlət qurumu tərəfindən göstərilən xidmətlər “Bakı KOB evi”nə edilən ümumi müraciətlərin 88,8 faizini (140 216) təşkil edir.