“Təbii inhisar subyektlərinin Siyahısı” təsdiq edilib

2024.08.02 17:14 (UTC+04:00)

Nazirlər Kabineti “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarının ləğv edilməsi haqqında” Qərar qəbul edib.

Qərara əsasən, “Təbii inhisar subyektlərinin Siyahısı” təsdiq edilib.

Qərar “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.5.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul olunub.