ARDNF-nin gəlirləri və xərcləri təsdiqlənib

2019.07.20 14:05 (UTC+04:00)

Sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası, gəlirlər 17.614.128,0 min manat, xərclər 11.455.597,5 min manat və ya Fondun 2018-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 115,0 faiz, xərclər üzrə 99,8 faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib:

Sıra №-si

Göstəricilər

min manatla

Gəlirlər, cəmi

17.614.128,0

o cümlədən:

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərclərini çıxmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

16.645.569,3

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün ödədikləri akrhesabı ödənişlər

4.146,3

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

18.103,1

4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilərin ödədikləri bonuslar (mükafatlar)

765.228,1

5.

Digər gəlirlər və daxilolmalar

20,0

6.

Dövlət Neft Fondunun valyuta aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlər

181.061,2

Xərclər, cəmi

11.455.597,5

o cümlədən:

1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

199.979,3

2.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfert

10.959.000,0

3.

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

89.999,2

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

176.128,0

5.

2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramının maliyyələşdirilməsi

7.235,7

6.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

23.255,3