2024-cü ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 27,3 faiz artaraq 11 765,7 milyon ABŞ dollar təşkil edib.
AMB-nin hesabatına əsasən, cari ilin iyun ayına nisbətdə isə iyulda valyuta ehtiyatlarında 0,2 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 613,0 milyon dollar təşkil edib.