BƏƏ ilə iqtisadi əməkdaşlıq uğurla davam edir

2024.08.01 13:23 (UTC+04:00)

“BƏƏ-nin iqtisadiyyat naziri, həmkarım Abdulla Bin Touq Al Marri ilə Şuşada görüşmək xoş oldu. Ölkələrimizin iqtisadi əməkdaşlığının uğurla davam etdiyini məmnunluqla vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir əlavə edib ki, görüşdə yaşıl enerji və turizm üzrə potensial investisiya layihələri, Azərbaycanla BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması istiqamətində həyata keçirilən danışıqlar barədə müzakirələr aparılıb.