Elektron satınalmaların həcmi artıb

2024.07.31 17:51 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları ərzində elektron satınalmaların həcmi 1 455,7 milyon manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, bu göstərici 2023-cü ilin müvafiq dövrünə nəzərən 3 dəfəyədək artıb.

Dövlət satınalmalarının rəqəmsallaşdırılması ilə rəqabətli və etibarlı nəticələrin əldə olunmasına, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəlməsinə nail olunur.