Azərbaycanda fəaliyyət göstərən fintexlərin lisenziyalaşması prosesi davam edir. İndiyədək 29 ödəniş və elektron pul təşkilatı lisenziya üçün müraciət edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı sədrinin müşaviri Vüqar Əliyev məlumat verib.
Onun sözlərinə görə, artıq müraciət edən təşkliatlardan 8-nə lisenziya verilib: “Onlardan 7-si elektron pul təşkilatı, 1-i isə ödəniş təşkilatıdır. Digər müraciətləri də davamlı olaraq qiymətləndiririk”.