Azərbaycan Belarusla birgə istehsal xətti yaradacaq

2024.07.31 12:08 (UTC+04:00)

Azərbaycanda Belarusla birgə baytarlıq preparatlarının istehsalına başlanılacaq.

Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti ilə nazir Anatoli Lineviç arasında keçirilən görüş çərçivəsində razılıq əldə olunub.

Tərəflər istehsal xəttinin yaradılması üzrə konkret fəaliyyətləri əks etdirən yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər.