2024-cü ilin ilk 6 ayında tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansında 4 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 1,8 faiz artaraq 69,7 milyard dollar təşkil edib. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1,1 faiz artaraq 11,7 milyard dollara çatıb.