Qəbulda Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarından olan sakinlər iştirak ediblər. Qəbulda vətəndaşlar, əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciətlər ediblər.
Vətəndaşların müraciətləri dinlənilib və nazirliyin struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.