Sahibkarlar MDB regionunda sərgi-yarmarka fəaliyyəti çərçivəsində əməkdaşlığa dəvət edilir

2024.07.30 17:54 (UTC+04:00)

MDB-nin Sərgi-yarmarka və Konqres Fəaliyyəti üzrə Dövlətlərarası Şurası və “Xalq Təsərrüfatı Nailiyyətlərinin Sərgisi” (XTNS) SC Azərbaycanın işgüzar dairələrini MDB regionunda sərgi-yarmarka və konqres fəaliyyəti çərçivəsində əməkdaşlığa dəvət edir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, bununla yanaşı, yerli sahibkarlar XTNS-in ərazində quraşdırılacaq milli pavilyonlarda keçirilməsi planlaşdırılan biznes missiyalarda iştirak etməyə dəvət olunurlar.

Sözügedən təşəbbüslərlə yaxından tanış olmaq üçün təşkilatçılar tərəfindən “Əməkdaşlığın coğrafiyası XTNS-də başlayır” adlı təqdimat hazırlanıb.