Böyükşor gölü üzərində pilot günəş enerjisi qurğusu istismara verilib

2024.07.30 10:49 (UTC+04:00)

Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) tərəfindən həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusu istismara verilib.

Energetika Nazirliyindən verilən məlumata görə, 95 kilovatı suda, 5 kilovatı quruda quraşdırılan qurğu vasitəsilə illik 160 min kilovat-saatdan çox elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Layihəyə özəl investisiyaların cəlb olunması ilə bağlı müzakirələrə start verilib.

Layihə çərçivəsində stansiyanın istismarı və texniki xidməti sahəsində təlimlərin təşkili də nəzərdə tutulur.