Ölkəyə ət idxalında artım qeydə alınıb

2024.07.29 15:51 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları ərzində ölkəyə 58,6 milyon ABŞ dolları dəyərində 26,4 min tondan çox ət idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən ətin dəyəri 44,9 faiz və ya 18,1 milyon dollar, həcmi isə 23,7 faiz və ya 5 min ton artıb.