Azərbaycanın Estoniya ilə ticarət dövriyyəsi artıb

2024.07.29 13:30 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Estoniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 36,4 faiz və ya 2,1 milyon ABŞ dolları artaraq 8 milyon dolları üstələyib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk 6 ayında Azərbaycandan Estoniyaya 5,2 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 62,7 faiz və ya 2 milyon dollar çoxdur.

Estoniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 4,3 faiz və ya 115,39 min dollar artaraq 2,7 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar-iyun ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Estoniya ilə ticarətin payı 0,03 faiz təşkil edib.