Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 12 mlrd. ABŞ dollarına yaxın idxal-ixrac əməliyyatları həyata keçirib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycan ən çox İtaliya ilə (2,98 mlrd. dollar) ticarət mübadiləsi aparıb. Siyahıda növbəti yerləri ardıcıl olaraq Türkiyə, Rusiya, Çin və İsveçrə tutub. Qeyd edək ki, hesabat dövründə Azərbaycan 170-dən çox ölkə ilə 17 mlrd. dollara yaxın ticarət mübadiləsi həyata keçirib.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanla ən çox ticarət mübadiləsi aparan ölkələrin reytinqi:
# |
Ölkə |
Ticarət dövriyyəsinin həcmi, min dollar |
Ümumi dövriyyəyə nisbətən, % |
1 |
İtaliya |
2.984 357,91 |
17,56 |
2 |
Türkiyə |
1.911 214,40 |
11,25 |
3 |
Rusiya |
1.381 524,37 |
8,13 |
4 |
Çin |
1.277 079,85 |
7,51 |
5 |
İsveçrə |
1.082.570,93 |
6,37 |
6 |
Almaniya |
899.633,18 |
5,29 |
7 |
Hindistan |
690.308,08 |
4,06 |
8 |
İsrail |
577.387,12 |
3,40 |
9 |
İspaniya |
459.727,42 |
2,71 |
10 |
ABŞ |
420.887,98 |
2,48 |