Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin ümumi həcmi 73 faiz və ya 184,1 milyon ABŞ dolları artaraq 436,4 milyon dolları üstələyib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk 6 ayında Azərbaycandan ABŞ-yə 164,4 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 31,8 dəfə və ya 159,3 milyon dollar çoxdur.
ABŞ-dən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 10,1 faiz və ya 24,8 milyon dollar artaraq 272 milyon dollar təşkil edib.
2024-cü ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 2 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,04 faiz bəndi çoxdur.