İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 23-də keçirilən növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 7 nəqliyyat vasitəsi və avadanlıq satılıb.
Dövlət Xidmətinin məlumatına görə, hərracda "Port İliç Xidmət" ASC-nin 30 faizlik səhm paketi 25 698 manata özəlləşdirilib. Bununla yanaşı, hərracda hava gəmisi üzrə pilotların hazırlanması üçün istifadə olunan simulyator 2,2 milyon manata, "B-98" layihəli "Vixr" tipli gəmi isə 900 min manata satılıb.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Cari ay üçün növbəti hərraclar 29 və 30 iyul tarixlərində keçiriləcək.