İnvestorlara depo hesablarının açılması zamanı xidmət haqqı tutulmayacaq

2024.07.26 14:38 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 1 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənən “Milli Depozit Mərkəzinin xidmət haqları”nda dəyişiklik edib.

Milli Depozit Mərkəzinin məlumatına görə, Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 11 iyul tarixli 28/2 nömrəli Qərarına əsasən, kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin əldə edilməsi üçün investorlara depo hesablarının açılması zamanı xidmət haqqı tutulmayacaq.