İnsan kapitalının inkişafı və istedadlı kadr potensialının artırılması məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunmuş “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edir. Ölkəmizdə idarəetmə sahəsinin peşəkarlarının təmsil edildiyi “Yüksəliş” müsabiqəsinin builki finalı 19-21 iyul tarixlərində keçirilib. Dördüncü mövsümün qalibləri arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Nicat Qocayev də var. O, Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışır.
Əməkdaşımıza və “Yüksəliş” müsabiqəsinin digər qaliblərinə təbriklərimizi çatdırır, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.