Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması müzakirə edilib

2024.07.25 17:29 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.

Görüşdə şirkətlər arasında strateji tərəfdaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub, Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və ticarəti məsələləri müzakirə edilib.

Tərəflər SOCAR ilə “KazMunayGaz” arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçirib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti “Azərtrans” və “Səngəçal” terminallarına səfər edərək, burada yaradılan şərait və texnoloji proseslərlə tanış olub.