Bu ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 265,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, gəlirin 60,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.