ƏDV qeydiyyatına düşdükdən sonra hesabatların təqdim edilməsi müddəti

2024.07.30 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, mənfəət (gəlir) vergisi ödəyicisi olmayan vergi ödəyicisinin ƏDV qeydiyyatı bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyat bildirişinin verildiyi tarixdən etibarən 90 gün müddətində bəyannaməni vergi orqanına təqdim etməyə borcludur.

Buna əsasən, keçmiş tarixlə könüllü ƏDV qeydiyyatına alındıqda ƏDV qeydiyyat bildirişinin verildiyi tarixdən etibarən tərəfinizdən 90 gün müddətində 2022-ci və 2023-cü illərin gəlir vergisinin bəyannamələri vergi orqanına təqdim olunmalıdır və müvafiq vergi bəyannamələri həmin müddətdə təqdim edilərsə, vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq olunmur.

Əsas: Vergi Məcəlləsinin 149.4-1-ci maddəsi