Sığorta məbləğinin gəlirdən çıxılması

2024.07.26 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 116.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır və sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.

Buna əsasən, müəssisə tərəfindən çəkilmiş bir neçə hesabat dövrünü əhatə edən sığorta haqqı xərcləri hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülməklə gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 116.1-ci maddəsi