Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 5,4 dəfə və ya 192,4 milyon ABŞ dolları artaraq 235,6 milyon dolları üstələyib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk 6 ayında Azərbaycandan Afrika ölkələrinə 170,7 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 7,4 dəfə və ya 147,8 milyon dollar çoxdur.
Afrika ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 3,2 dəfə və ya 44,5 milyon dollar artaraq 64,8 milyon dollar təşkil edib.
2024-cü ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Afrika ölkələri ilə ticarətin payı 1,27 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,9 faiz bəndi çoxdur.