İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il 1 yanvar tarixindən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.
Buna əsasən, 2024-cü ilin 1-ci rübü üzrə tərəfinizdən hesablanmış rüblük məcburi dövlət sosial sığorta haqqının 25 faizi rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən çıxılmaqla yerdə qalan məbləğ dövlət büdcəsinə ödənilir:
86,25 x 25% x 3 = 64,69 manat;
(10.000 x 2%) - 64,69 = 135,31 manat.
Əsas: Vergi Məcəlləsinin 221.1-1-ci maddəsi